
Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti uğura imza atıb.
36 yaşlı idmançı ABŞ-ın Sietl şəhərində keçirilən döyüş gecəsində Çili təmsilçisi İqnasio Bahamondes ilə üz-üzə gəlib. Gərgin və maraqlı keçən qarşılaşmada Musayev üstün performans nümayiş etdirərək rəqibini məğlub edib.
Bu qələbə Azərbaycan MMA tarixində mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Tofiq Musayev UFC-də qazandığı bu uğurla həm şəxsi karyerasında, həm də ölkə idmanında yeni səhifə açıb.
Qeyd edək ki, idmançının bu qələbəsi Azərbaycan döyüşçülərinin beynəlxalq arenada nüfuzunun daha da artmasına töhfə verir.