
Daxili Qoşunların sıralarında uzun illər xidmət etmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov vəfat edib.
Realmedia.info xəbər verir ki, bu barədə məlumat yayılıb.
Bildirilib ki, Soltan Mahmudov xidmət illəri ərzində Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə çalışıb. O, həmçinin hərbi hissə komandirinin texniki hissə üzrə müavini vəzifəsində də xidmət göstərib.
Hazırda Soltan Mahmudovun vəfatının səbəbi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Realmedia.info kollektivi Soltan Mahmudovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir.