
Uzun illər ədliyyə orqanlarında çalışmış, təqaüddə olan ədliyyə polkovniki Elxan Sadıqov vəfat edib.
Realmedia.info xəbər verir ki, Elxan Sadıqov 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, mərhum əmək fəaliyyəti dövründə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müxtəlif məsul vəzifələrdə çalışıb. O, 20 ilə yaxın müddətdə Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edib.
Elxan Sadıqov 2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdı.
Realmedia.info kollektivi Elxan Sadıqovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir.