
Biləsuvar Rayon Kommunal Müəssisələr Kombinatının rəisi vəzifəsində dəyişiklik edilib.
Məlumata görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun imzaladığı müvafiq sərəncama əsasən, Ceyhun Həyatov tutduğu vəzifədən azad olunub.
Həmin sərəncamla Zaur Kazımov Biləsuvar Rayon Kommunal Müəssisələr Kombinatının yeni rəisi təyin edilib.
Qeyd edək ki, Ceyhun Həyatov bu vəzifədə 2021-ci ildən fəaliyyət göstərirdi.
Foto: Təyin olunan yeni rəis Zaur Kazımov.