
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.
General-mayor Aqşin Kazımov son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib. Bununla bağlı Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, general-mayor Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilmişdi.