
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) saxta sağlamlıq arayışı verilməsi ilə bağlı "General Hospital"da araşdırmaya başlayıb.
Realmedia.info xəbər verir ki, aparılan araşdırmalar zamanı aşkarlanan nöqsanlardan sonra İqtisadiyyat Nazirliyi tərəfindən klinikanın lisenziyası ləğv edilib.
Bununla da "General Hospital" özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.
Məlumat İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənib.