
Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsində rəhbər dəyişikliyi baş verib.
Məlumata görə, DGK sədri Şahin Bağırovun əmri ilə Kamran Yusifov Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib.
İdarə rəisi vəzifəsinin müvəqqəti icrası gömrük xidməti polkovniki Elçin Ədalət oğlu Rüstəmova həvalə olunub.
Qeyd edək ki, Elçin Rüstəmov Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsində çalışır.