
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində növbəti kadr təyinatı həyata keçirilib.
Realmedia.info xəbər verir ki, "Qaynarinfo"nun yaydığı məlumata görə, Gülnar Hacalıyeva Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Məlumata əsasən, Gülnar Hacalıyeva bundan əvvəl nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mütəxəssis vəzifəsində çalışıb.
Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında yaradılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl digər kadr təyinatı da reallaşdırılıb. Belə ki, Dəniz Kərimzadə müvafiq əmrlə Agentliyin Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.