
Mingəçevir şəhərində faciəvi hadisə baş verib.
Hadisə Qarabağ kanalının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Kanalda batan yeniyetmənin meyiti aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində sudan çıxarılıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin dalğıc və xilasediciləri tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar zamanı həyatını itirən şəxsin Mingəçevir şəhər sakini, 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlu olduğu müəyyən edilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri araşdırmaların nəticəsindən sonra məlum olacaq.