
"Bakı Metropoliteni" QSC-də iki stansiyaya yeni rəis təyinatı həyata keçirilib.
Realmedia.info xəbər verir ki, əldə olunan məlumata əsasən, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.
Sərəncama əsasən, metronun "Koroğlu" stansiyasının rəis müavini Telman Vəliyev tutduğu vəzifədən azad edilərək "Ulduz" stansiyasının rəisi təyin olunub.
Digər əmrlə isə "Memar Əcəmi" stansiyasının rəis müavini Əyyub Həsənov əvvəlki vəzifəsindən azad edilərək "Qara Qarayev" stansiyasının rəisi vəzifəsinə gətirilib.
Məlumata görə, hər iki təyinat alan şəxs kollektivə təqdim olunub və artıq yeni vəzifələrinin icrasına başlayıblar.