
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) Publik Hüquqi Şəxsinin direktoru Nuridə Məmmədova vəzifəsindən azad olunub.
Realmedia.info xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Məlumata görə, Nuridə Məmmədovanın işdən ayrılmasına səbəb yaşayış yerini dəyişməsi olub. O, öz istəyi ilə yazdığı ərizə əsasında tutduğu vəzifədən azad edilib.
Nuridə Məmmədova əmək fəaliyyəti dövründə səhiyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX-nin Regional Perinatal Mərkəzinin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, Nuridə Məmmədova 2025-ci ilin avqust ayında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunmuşdu.