
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qadının qətlə yetirilməsi faktı üzrə cinayət işi başlanılıb.
Məlumata görə, rayonun Qarxun kənd sakini Sunay Siyafər qızı Məmiyeva qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı Nadir Yunis oğlu Məmiyevin polisə gələrək törətdiyi əməli etiraf etdiyi bildirilir. O, polis əməkdaşları tərəfindən istintaq orqanına təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Şərur Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində ibtidai istintaq davam etdirilir.