
Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Realmedia.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Esmira Cəfərova 2019–2025-ci illərdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü olub.
O, həmçinin Xarici İşlər Nazirliyi sistemində, o cümlədən Azərbaycanın BMT yanında daimi nümayəndəliyində və nazirliyin digər strukturlarında diplomatik fəaliyyət göstərib.
Yeni təyinatla Esmira Cəfərova Azərbaycanın Macarıstandakı diplomatik missiyasına rəhbərlik edəcək.