
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində “Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib.
Realmedia xəbər verir ki, layihənin ideya müəllifi və rəhbəri, Prezidentin gəlini Alena Əliyeva tədbirdə iştirak edərək platformanın məqsəd və əhəmiyyətini təqdim edib.
Layihə ölkədə Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində yeni imkanlar yaratmağı hədəfləyir.



























