
İran qonşu Yaxın Şərq ölkələrini özünə düşmən hesab etmir və fəaliyyətinin region dövlətlərinə qarşı deyil, ABŞ-yə qarşı yönəldiyini bəyan edib.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı TASS agentliyinə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, region ölkələri İranın mövqeyini düzgün anlayır və Tehranın atdığı addımların qonşu dövlətlərə qarşı düşmənçilik niyyəti daşımadığı məlumdur.
"Regional səviyyədə ümumi anlayış var ki, İranın atdığı addımlar region ölkələrinə qarşı düşmənçilikdən irəli gəlmir. Bu addımlar bütün tərəflərin bildiyi və anladığı başqa səbəblərlə bağlıdır", – deyə Abbas Əraqçı bildirib.
XİN rəhbəri həmçinin vurğulayıb ki, münaqişənin başa çatmasından sonra Tehran qonşu dövlətlərlə dialoqu davam etdirmək, qarşılıqlı etimadı möhkəmləndirmək və regional əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.