
Bakı şəhərinin Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "Şuşa şəhərciyi" ərazisindəki obyektlərdən birində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Hadisənin başvermə səbəbi və mümkün fəsadları ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.