
Göygöl rayonunda keçirilən Milli Yaylaq Festivalı zamanı baş verən xoşagəlməz hadisə nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Məlumata görə, festivalın keçirildiyi Xan Yurdu adlanan ərazidə taxta konstruksiyadan ibarət səhnə çöküb. Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata əsasən, xəsarət alanlar 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdlü Vüsət Zeynalovdur.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadalarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar. Onlara zəruri tibbi yardım göstərilir.
Hadisənin başvermə səbəbləri araşdırılır. Rəsmi qurumlar tərəfindən əlavə məlumat veriləcəyi gözlənilir.