
Tərtər rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
Qəza zamanı 68 yaşlı Ağayev Nəsrəddin Müzəffər oğlu və 55 yaşlı Ağayev Yunus Müzəffər oğlu həyatını itirib. Hadisə nəticəsində 35 yaşlı Ağayev Sənan Nəsrəddin oğlu və Aslanova Könül Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanası-na çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra müalicələrinin davam etdirilməsi üçün Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.