
Gürcüstanda genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib.
Realmedia.info xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Məlumata görə, paytaxt Tbilisi və ölkənin iri şəhərlərindən biri olan Batumi də daxil olmaqla bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayanıb.
Bildirilir ki, işıq kəsintisi eyni vaxtda Tbilisinin demək olar ki, bütün rayonlarını, eləcə də Gürcüstanın bir çox bölgələrini əhatə edib.
Hazırda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə nəyin səbəb olduğu açıqlanmayıb. Rəsmi qurumlar hadisə ilə bağlı hələlik hər hansı açıqlama verməyiblər.
Məsələ ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.