
Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Realmedia.info xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyunun 10-da hər iki rayonun elektrik şəbəkəsində təmir işləri aparılacaq.
Məlumata əsasən, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələrində, eləcə də Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Eyni zamanda, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri səbəbindən saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, Əlif Hacıyev və Azər Manafov küçələrində, həmçinin Qara Qarayev prospektinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq" ASC qeyd edib ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.