
Bakının Sabunçu rayonunda yerləşən Bilgəh qəsəbəsində dənizdə bir nəfərin batdığı ehtimal olunur.
Realmedia.info xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində yerləşən "Daçnik" adlanan ərazidə, ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda yerləşən nəzarətsiz sahildə baş verib.
Məlumata əsasən, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunublar.
Hazırda 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə genişmiqyaslı axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.