
Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqro və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Realmedia.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Kamil Xasiyev Azərbaycanın Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Kamil Xasiyev 2021-ci il iyulun 23-də Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.
Yeni diplomatik təyinatla Kamil Xasiyev bundan sonra Azərbaycanın Avstriyadakı diplomatik missiyasına rəhbərlik edəcək.