
Nərimanov Tibb Mərkəzinə yeni direktor təyinatı həyata keçirilib.
Realmedia.info xəbər verir ki, "Unikal"ın yaydığı məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Təranə Əmirxan qızı Quliyeva Nərimanov Tibb Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Təranə Quliyeva bu təyinata qədər Şağan Reabilitasiya Pansionatının direktoru vəzifəsində çalışıb.