
Tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoruna müşavir təyin edilib.
Məlumata görə, Rəna Məmmədova yeni təyinatınadək "Paşa Sığorta" ASC-də Baş tibb inzibatçısı vəzifəsində çalışıb.
Səhiyyə sahəsində uzunillik təcrübəyə malik olan Rəna Məmmədovanın TƏBİB-dəki yeni fəaliyyəti qurumun idarəetmə və səhiyyə xidmətlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərə töhfə verəcək.
Qeyd edək ki, TƏBİB ölkədə dövlət tibb müəssisələrinin fəaliyyətinin koordinasiyasını həyata keçirən əsas qurumlardan biridir.