
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diplomatik nümayəndəliklərlə bağlı yeni sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Eyni zamanda, Elman Telman oğlu Abdullayev də Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezidentin digər sərəncamına əsasən, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, imzalanan sərəncamlar Azərbaycanın beynəlxalq təşkilatlarda diplomatik təmsilçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kadr dəyişikliklərinin tərkib hissəsidir.