
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 5-də Bakının və Ağdaş rayonunun bəzi ərazilərində planlı təmir işləri aparılacaq.
Realmedia.info xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov və Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Həmçinin Nərimanov RETSİ-nin xidməti ərazisinə daxil olan Böyükşor qəsəbəsinin bəzi hissələri saat 09:00-dan 13:00-dək elektrik enerjisiz qalacaq.
Ağdaş rayonunda isə planlı təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi və şəhərin 42-ci məhəlləsində, saat 10:00-dan 14:00-dək isə Qoşaqovaq, Qolqəti və Şəkili kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq" ASC qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra göstərilən ərazilərdə abonentlər daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.