
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yeni hökumət üzvlərinin təyin olunması ilə bağlı fərmanlar imzalayıb.
Realmedia.info xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata əsasən, yeni hökumətdə demək olar ki, bütün nazirlər vəzifələrini qoruyub saxlayıblar. Yeganə dəyişiklik Yüksək Texnologiyalar Sənayesi Nazirliyində olub. Həmin quruma David Tadevosyan rəhbər təyin edilib.
Fərmana əsasən, Mqer Qriqoryan və Tiqran Xaçatryan baş nazirin müavinləri təyin olunublar.
Bundan başqa, Ararat Mirzoyan yenidən xarici işlər naziri, Suren Papikyan müdafiə naziri, Arpine Sarkisyan isə daxili işlər naziri vəzifəsini icra edəcək.
David Xudatyan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə, Janna Andreasyan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə, Ambartsum Matevosyan isə Ətraf Mühit Nazirliyinə rəhbərlik etməyə davam edəcək.
Həmçinin Srbui Qalyan ədliyyə naziri, Arsen Torosyan əmək və sosial məsələlər naziri, Anait Avanesyan isə səhiyyə naziri vəzifələrində saxlanılıblar.