
Azərbaycanın tanınmış alimlərindən, professor Eldar Abbaszadə vəfat edib.
Realmedia.info xəbər verir ki, professor 85 yaşında dünyasını dəyişib.
Eldar Abbaszadə uzun illər ali təhsil sahəsində səmərəli fəaliyyət göstərib. O, 1988–1991-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru, 1991–1993-cü illərdə isə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.
Professor Eldar Abbaszadənin vəfatı elm və təhsil ictimaiyyəti üçün ağır itki kimi dəyərləndirilir.
Allah rəhmət eləsin.