
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Pərişan Məhərrəm qızı Həsənova vəfat edib.
Realmedia.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb.
Universitetdən bildirilib ki, Pərişan Həsənovanın vəfatı ilə əlaqədar ADPU kollektivi dərin hüzn və kədər hissi keçirir.
Allah rəhmət eləsin.