
Yeni Klinikanın direktor müavini Ravil Tağıyev tutduğu vəzifədən azad edilib.
Realmedia.info “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ravil Tağıyev 2024-cü ildə Yeni Klinikanın direktor müavini vəzifəsinə təyin edilmişdi.
Yeni Klinikanın direktoru isə Zəhra Vəzirovadır. O, bu ilin may ayında tibb müəssisəsinə rəhbər təyin olunub.
Ravil Tağıyevin vəzifədən azad edilməsinin səbəbi barədə açıqlama verilməyib.