
Yeni Klinikada rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib.
Realmedia.info xəbər verir ki, direktor vəzifəsinə Zəhra Vəzirova gətirilib.
Zəhra Vəzirova bu təyinata qədər İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb.
O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri kimi də fəaliyyət göstərir.
Qeyd edək ki, bu təyinat səhiyyə sahəsində idarəetmənin daha da gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.