
Azərbaycan Respublikasının diplomatik xidmətində yeni təyinatlar həyata keçirilib.
Realmedia.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı bir sıra sərəncamlar imzalayıb.
Dövlət başçısının sərəncamına əsasən, İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bununla yanaşı, İlham Əliyevin imzaladığı sərəncama əsasən, İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər sərəncamla isə Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, diplomatik nümayəndəliklərə həyata keçirilən bu təyinatlar Azərbaycanın xarici siyasətinin və beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.