
Sosial şəbəkələrdə "Beniz" ləqəbi ilə tanınan tiktoker Aybəniz Səyyaf qızı Xəlilova barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1987-ci il təvəllüdlü Aybəniz Xəlilova barəsində həbs qətimkan tədbiri tətbiq olunub.
İddialara əsasən, tiktokerin uzun müddət sevgili münasibətində olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək onun barəsində şikayət verib. Şikayətçinin təqdim etdiyi materiallar əsasında hüquq-mühafizə orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.
Şikayətçi ərizəsində Aybəniz Xəlilovanın ondan hissə-hissə olmaqla ümumilikdə 836 min manat pul tələb etdiyini bildirib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, irəli sürülən ittihamlar istintaqın predmetidir və iş üzrə yekun hüquqi qiymət məhkəmə qərarı ilə müəyyən olunacaq.