
Azərbaycanda sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə qaydaları təsdiqlənib.
Realmedia.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, "Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası" təsdiq olunub.
Yeni qaydalara görə, sığorta vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılacaq:
- sığorta haqları;
- sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin müəyyən edilmiş təhlükəsizlik meyarlarına cavab verən banklarda depozitə yerləşdirilməsindən əldə olunan gəlirlər;
- beynəlxalq reytinq agentliklərinin qiymətləndirməsinə əsasən ölkə reytinqindən maksimum iki pillə aşağı reytinqə malik banklar;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən sistem əhəmiyyətli banklar;
- qanunvericilikdə nəzərdə tutulan digər mənbələr.
Sənədə əsasən, sığorta haqlarının 5 faizə qədər hissəsi sığorta ehtiyatı fonduna yönəldiləcək.
Bildirilib ki, sığorta vəsaiti Nazirliyin xüsusi xəzinə hesabında toplanacaq və daha sonra Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürüləcək. Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, ehtiyat fondunun formalaşdırılması və həmin vəsaitlərdən istifadə olunması məqsədilə Fondun müvafiq bank hesabları açılacaq.
Qaydalara əsasən, cari ilin sonunda istifadə olunmamış sığorta vəsaiti qalığı, sığorta ehtiyatı fondunun vəsaiti və onun depozitlərdən əldə olunan gəlirləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Kateqoriya: İqtisadiyyat