
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı təşkil edəcək.
Realmedia.info xəbər verir ki, DİM-in yaydığı məlumata əsasən, imtahanda iştirak etmək üçün ümumilikdə 1 125 namizəd qeydiyyatdan keçib.
Bildirilib ki, namizədlər imtahana şəxsiyyətlərini təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi" ilə gəlməlidirlər.
İmtahan iki növbədə keçiriləcək. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Saat 09:45 və 15:45-dən sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar.
Məlumata görə, imtahanın təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.