
Rusiyada 15 yaşlı azərbaycanlı yeniyetmə bədbəxt hadisə nəticəsində həyatını itirib.
Hadisə Krasnoyarsk diyarının Norilsk şəhərində qeydə alınıb.
Məlumata görə, əslən Zaqatala rayonunun Əliabad qəsəbəsindən olan 15 yaşlı Emil Rauli oğlu Ramazanov yaşadığı ünvanda elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Yeniyetmənin ölümü ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparıldığı bildirilir.
Faktın başvermə səbəbləri araşdırmanın nəticəsinə əsasən müəyyənləşdiriləcək.