
Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Məlumata görə, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Babək Baxşıyev yaşayış məntəqəsində yerləşən işıq dirəyində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və ilkin araşdırmalar aparılıb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar istintaq çərçivəsində müəyyənləşdiriləcək.