
Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin siyahısı genişləndirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi vahid indekslərin siyahısına əlavə edilib.
Qeyd edək ki, vahid indekslər dövlət qurumları arasında sənəd dövriyyəsinin və rəsmi yazışmaların vahid sistem üzrə təşkil olunması məqsədilə tətbiq edilir. Yeni qərarla siyahının əhatə dairəsi daha da genişləndirilib.