
Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda dəyişiklik edilib.
Realmedia.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, “Təmiz Şəhər” ASC, “Azəralüminium” MMC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC dövlət orqanları və dövlətə məxsus qurumlar üçün müəyyən edilmiş vahid indekslərin siyahısına daxil edilib.
Qeyd edək ki, bu siyahı dövlət qurumları və dövlət şirkətləri üzrə idarəetmənin vahid sistem üzrə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.