
Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətində açıq ərazilərdə günlərlə davam edən yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın baş verən ərazilərin minalanmış olması və küləkli hava şəraitinin yanğınsöndürmə işlərini çətinləşdirməsinə baxmayaraq, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun daha geniş əraziyə yayılmasının qarşısını alıblar.
Görülən operativ tədbirlər nəticəsində yanğın nəzarətə götürülərək tam söndürülüb.
FHN vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə və hər hansı yanğın hadisəsi ilə qarşılaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıb.