
Sumqayıt şəhərində dənizdə batan şəxsin kimliyi müəyyənləşib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən 1,5 kilometr aralı yerləşən nəzarətsiz sahədə bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarışlara başlayıblar.
Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseynlinin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq araşdırmalar aparılır.