
Tovuz rayonunda çayda batan 22 yaşlı gəncin meyiti aşkarlanıb.
Məlumata görə, 2004-cü il təvəllüdlü İlham Şirinovun meyiti bu gün səhər saatlarında batdığı ərazidən bir qədər aralıda tapılıb.
Axtarış-xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilib.
Meyit sudan çıxarıldıqdan sonra müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Realmedia.info