
Prezident İlham Əliyevin rəsmi sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib.
Realmedia.info xəbər verir ki, paylaşımda Azərbaycan mədəniyyətinin ağır itki ilə üzləşdiyi bildirilib. Qeyd olunub ki, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi və Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat edib.
Paylaşımda vurğulanıb ki, görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Prezidentin paylaşımı "Allah rəhmət eləsin!" sözləri ilə yekunlaşıb.