• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vəfa Dəmirçi qızı Mansurovanın (əsgər adı- Mansurov Vəfadar Dəmirçi oğlu) adı əbədiləşdirilməlidir! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-04-2026, 21:52



Kimsəyə sirr deyil ki, Azərbaycanın ləyaqətli, vətənpərvər övladları işğal edilmiş dədə-baba torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni əsirgəmədilər. İlk növbədə, I Vətən müharibəsinin iştirakçıları-XX əsrin 90-cı illərində yalın əllərlə sinələrini qabağa verdilər. Onlardan da biri də Qazax rayonu Daş Salahlı kəndinin yetirməsi Vəfa Dəmirçi qızı Mansurova idi.
Vəfanın atası ehtiyatda olan hərbçi feldşer (tibb qardaşı) idi. O, Daş Salahlıda mahir atıcı kimi tanınırdı. Evində saxladığı (Dövlətin sənədli) qısa çaplı tüfəngdən istifadəni bütün övladlarına öyrətmişdi. Dəmirçi kişinin 6 qız övladı vardı. Onların hər biri ürəkli, qorxmaz övladlar idi. 1988-ci ilin fevral ayında Ermənistan ərazi iddiaları ilə Azərbaycana qarşı mübarizəyə başlayarkən, Dəmirçi kişi və övladları hədsiz dərəcədə narahat oldular. Erməni terrorçuları 1991-ci ildə Qazax rayonunun Bağanis Ayrım yaşayış məntəqəsinə və digər ərazilərə hücum edəndə əmin oldular ki, qabaqlayıcı tədbirlər görülməsə Qazax əhalisi də ciddi itkilər verəcək. Elə həmin günlərdə böyük strateji əhəmiyyətə malik olan Daş Salahlı kəndinə qrat mərmiləri atıldı. Dinc əhalidən ölənlər oldu, evlər ziyan gördü. Həmin hadisədən sonra Daş Salahlının Rusiyada yaşayan vətəndaşı Haşvəli Rüstəmov Vətəninə qayıdaraq, 1991-ci ildə Özünüdafiə Batalyonu yaratdı və 2 ay ərzində 825 saylı bu batalyon Qazax rayonunun hərbi komissarlığında rəsmi qeydiyyatdan keçirildi. Bir ay yarımdan sonra isə həmin Tabor "N" saylı hərbi hissə kimi fəaliyyət göstərdi. O zamankı yarıtmaz rəhbərlik (qaraguruh) H.Rüstəmovu gözümçixdiya saldiği üçün, o, Rusiyaya qayıtmağa məcbur olur və batalyona onun yaxın qohumu Sərxan Nəbiyev komandirlik edir.Vəfa Dəmirçi qızı da Tabora yazılmaq istəyir. Qadın cinsindən olduğu üçün onu aşbaz vəzifəsinə və ya təmizlikçi (xadimə), yaxud tibbi personal kimi təyin edə biləcəklərini söyləyirlər. Vəfa bu təkliflə razılaşmır. Taborun rəhbərliyi sərrast atıcı olduğunu bildikdə onu Vəfadar Dəmirçi oğlu Mansurov adı ilə Tabora daxil edirlər.
O zaman Qarabağ və Ermənistanla həmsərhəd bölgələrdə çətin durum yaranmışdı. Xocalı, Şuşa şəhəri və Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, əhali küçələrdə qalmışdı. Belə bir təhlükə Qərb bölgəsini gözləyirdi. Vəfadar Dəmirçi oğlu da (ona belə müraciət edirdilər) kişilərlə bərabər ərazidə keşik çəkirdi, səngər qazırdı, əhalini təşvişdən qurtarmışdı. O, snayper-atıcı kimi ad qazanmışdı. Ona xalq “Avey Qəhrəmanı” adını qoydu.
Dahi siyasətçi Heydər Əliyev hakimiyyətə qayıdanda könüllü özünümüdafiə dəstələri ləğv edildi. Vəfa xanım da evlərinə qayıtdı. Ona dəfələrlə dedilər ki, get hərbi komissarlığa, müvafiq sənədləri təqdim elə və müharibə veteranı vəsiqəsini al. Lakin o, bu addımı atmadı. Fəfa demişdi ki, "mən döyüşə veteran adını almaq üçün getməmişəm!". “Mən vəsiqə üçün yox, Vətən üçün döyüşmüşəm!”...
Həmin dövrdə bütün konüllülər çağırışçılarla əvəz edilirdi, Ulu Öndər, dahi siyasətçi Heydər Əliyev müntəzəm ordu quruculuğu siyasətinə başladığı üçün bir çox könüllülər, o cümlədən Vəfa Dəmirçioğlu, Sərxan Nəbiyev bə bir çox könüllü (qeyri peşəkar döyüşçülər) hərbidən uşaqlaşdırıldı.
Komandir vəzifəsinə ehtiyatda olan zabit Əmir İbrahimov təyin olundu. Bacısı Zərəngiz Mansurovanın soylədiyinə görə ordudan tərxis olunsa da kənddə böyük nüfuz sahibi olan Vəfa Dəmirçioğlunu Əmir İbrahimov Milli Qəhrəman adına təqdim etmək qərarına gəlmişdi. O, Qərargaha yazılı raport vermək üçün rayon Hərbi Komissarlığına gedərkən, tankçısı ilə birgə ermənilərin basdırdığı minaya düşür və qəhrəmancasına həlak olur. Ağır döyüşlərdə, yanında dəfələrlə partlayan mərmilərin, yanında şəhid olan cəbhə dostlarının mənəvi sarsıntısını yaşayan bu zərif, cəngavər ürəkli qız ordudan tərxis olunduqdan sonra, ağır xəstələnir, yatağa düşür və 1998-ci ildə vəfat edir. Vəfanı Daş Salahlı kənd qəbristanlığında, nəslinin mənsub olduğu Qayalı məzarlığında dəfn etdilər. Əsgər dostları təkid etsələr də ki, o şəhid kimi dəfn olunmalıdır, dərdin böyüklüyündən çaşan atası Dəmirçi kişi :”Mən bir qız uşağının qan pulunu yemərəm! O, Vətəninə xidmət etdi, Vətən də bir gün qiymətini verər!”-deyərək heç yerə müraciət etmədi. Qızına həm ata, həm ana olan Dəmirçi kişi də onun hicranına dözə bilmədi, dünyasını dəyişdi.
Aprelin 24-də Bakının Səbail rayonunda yerləşən 8 nömrəli tam orta məktəbdə Avey Qəhrəmanı - Vəfa Dəmirçioğlu (Mansurovanın) 60 illik yubileyi münasibəti ilə onun xatirəsinə həsr edilən tədbir keçirildi. Tədbiri şəhidin bacısı, tanınmış şair-jurnalist Zərəngiz Qayalı açdı. Azərbaycanın Dövlət Himni səsləndirildi, Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olanların və ulu öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş edildi. Azərbaycan Respublikasının Xalq artisti, bədii qiraət ustası Eldost Bayram, şair Hacı Zaməddin Ziyadoğlu, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu, şair Saday Qazaxlı, İranın Ərdəbil vilayətindən gəlmiş həkim-yazar, “Mişov dağı” dərgisinin təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, AMEA Tarix İnstitutunun elmi işçisi Arzu Musayeva, şair-jurnalist Fərman Borçalı, Xətai Mədəniyyət Mərkəzinin əməkdaşı Lətifə Məmmədova, M.S.Ordubadi adına Ev Muzeyinin rəhbəri Rasimə Əhmədova çıxış edərək Vəfa Dəmirçioğlu Mansurovanın adının əbədiləşdirilməsinin zəruriliyini qeyd etdilər. Anım mərasimində Respublika "Ədəbi Tədbirlər" İctimai Birliyinin üzvüləri iştirak edirdi. Onlar da maraqlı kompozisiya ilə çıxış etdilər, Vəfa Dəmirçioğluna həmyerlisi Eyyub Paşanın yazdığı “Vəfa” poemasından parçalar söylədilər.
8 nömrəli tam orta məktəbin direktor müavini Safura İbrahimli şəhid Vəfadar Dəmirçioğlunun (Vəfa Dəmirçi qızı) xatirəsini əziz tutanların hər birinə təhsil ocağının rəhbərliyi adından təşəkkürünü bildirdi.

Əziz İsmayılov,
Realmedia.info saytının Rəhbəri.
25.04.2026

Oxunub: 51
Paylaş:
Digər xəbərlər

Siyasət

8-04-2026, 02:49

İlham Əliyev hərbçilərin təltif edilməsi ilə bağlı Sərəncam imzaladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

6-04-2026, 19:49

Qadın Qəlbinin Səngəri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

2-04-2026, 00:49

Şir Ürəkdən Doğan Ölümsüzlük! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-03-2026, 22:29

Qəhrəmanın Taleyi – Millətin Yaddaşına Həkk Olan Ömür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

28-02-2026, 14:21

Şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi yad edildi! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Naxçıvanda ot tayasına ildırım düşüb, yanğın baş verib
Hidayət Orucov vəfat edib
Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti açıqlanıb
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib
🇦🇿🔔 116 min gəncin həyatında dönüş nöqtəsi: “Son zəng” çalınır
🇦🇿 Allahverdi Bağırov – Qarabağ müqavimətinin rəmzi, Milli Qəhrəmanımız
Hadisə
Bugün, 12:14
Şəkidən olan şəxs keçmiş həyat yoldaşını və qayınanasını öldürdü, sonra intihar etdi
Bugün, 10:28
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub
Dün, 22:16
İrandan PUA ilə Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb
Dün, 11:39
TikTok-da qeyri-etik məlumatlar yayan şəxs həbs edilib
Dün, 11:25
"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi baş verib
12-06-2026, 13:10
Şüvəlanda 66 yaşlı kişi dənizdə boğuldu
Son xəbərlər
  • Bugün, 12:14
    Şəkidən olan şəxs keçmiş həyat yoldaşını və qayınanasını öldürdü, sonra intihar etdi
  • Bugün, 10:48
    Naxçıvanda ot tayasına ildırım düşüb, yanğın baş verib
  • Bugün, 10:45
    Hidayət Orucov vəfat edib
  • Bugün, 10:28
    Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub
  • Dün, 22:16
    İrandan PUA ilə Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb
  • Dün, 22:11
    Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti açıqlanıb
  • Dün, 17:04
    Seyid Əli Xamenei üçün vida və dəfn mərasimlərinin proqramı açıqlanıb
  • Dün, 13:18
    Hindistana məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb
  • Dün, 13:14
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib
  • Dün, 13:04
    Şuşada Türk Dövlətləri Təşkilatının Rəqabət Forumu keçirilir
  • Dün, 13:01
    🇦🇿🔔 116 min gəncin həyatında dönüş nöqtəsi: “Son zəng” çalınır
  • Dün, 11:39
    TikTok-da qeyri-etik məlumatlar yayan şəxs həbs edilib
  • Dün, 11:25
    "Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi baş verib
  • Dün, 11:23
    Hava limanlarının idarə edilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi
  • 12-06-2026, 13:13
    Murad Məmmədovun "Pafos"dakı forma nömrəsi bəlli oldu
  • 12-06-2026, 13:10
    Şüvəlanda 66 yaşlı kişi dənizdə boğuldu
  • 12-06-2026, 12:58
    🇦🇿 Allahverdi Bağırov – Qarabağ müqavimətinin rəmzi, Milli Qəhrəmanımız
  • 12-06-2026, 12:50
    DÇ-2026 açılış matçı zamanı stadion yaxınlığında azarkeş ölüb
  • 12-06-2026, 12:48
    🇦🇿 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
  • 12-06-2026, 12:38
    İlham Əliyev Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib
  • 12-06-2026, 12:26
    İranın Hörmüzgan əyalətində silsilə partlayışlar baş verib
  • 12-06-2026, 12:21
    Azərbaycanın sabiq səfiri Dursun Həsənov vəfat edib
  • 12-06-2026, 10:32
    Göygöldə faciə: İki azyaşlı göldə boğuldu
  • 12-06-2026, 10:23
    Millimizin üzvü Xəyal Əliyev Madriddə cərrahi əməliyyat keçirdi
  • 11-06-2026, 15:28
    Paşinyan “Güclü Ermənistan” Partiyasını məhkəməyə verdi
  • 11-06-2026, 15:17
    Culfada yaşayış binasında yanğın: ana və azyaşlı uşaq xəsarət alıb
  • 11-06-2026, 15:14
    Bruney Sultanından Prezident İlham Əliyevə təbrik məktubu
  • 11-06-2026, 15:10
    Azərbaycandan Ermənistana 984 ton dizel yanacağı göndərilir
  • 11-06-2026, 15:04
    Pedro Bikalyo "Qarabağ"da qalır – Müqavilə uzadıldı
  • 11-06-2026, 14:46
    Zakir Həsənov Pakistanın hərbi rəhbərliyinə başsağlığı verdi
  • 11-06-2026, 14:39
    TRAMP: “ƏRDOĞAN MƏNİM ÇOX YAXŞI DOSTUMDUR”
  • 11-06-2026, 13:32
    Dövlət qulluğunda ixtisar olunan şəxslərlə bağlı yeni tapşırıqlar verilib
  • 11-06-2026, 13:25
    Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirən strateji ticarət körpüsüdür – Hikmət Hacıyev
  • 11-06-2026, 12:34
    🔴 Yevlaxda körpə ölü doğulub
  • 10-06-2026, 18:09
    Qurtuluşun Əbədi İşığı
Daha çox
  • Təsisçi və Baş direktor: Mahmudova Firəngiz
  • Direktor köməkçisi: İsmayılov Əziz
  • Əlaqə: (+99470) 222 84 02 / (+99455) 384 25 05
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Realmedia.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə