
Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov (48 kq) bürünc medal qazanıb.
Realmedia.info xəbər verir ki, Azərbaycan təmsilçisi bürünc medal uğrunda görüşdə Giorgi Çxiikvadze ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşma Ömər Salmanovun 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə yunan-Roma güləşçimiz dünya çempionatının bürünc medalına sahib çıxıb.