
Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə iki nəfərin batması ilə bağlı hadisə baş verib.
Realmedia.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 700 metr aralıda, nəzarətsiz ərazidə qeydə alınıb. Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilib.
Hazırda 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.