
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Azərbaycanın təmsilçisi "Sabah" Finlandiyanın "KuPS" komandası ilə qarşılaşacaq.
Realmedia.info xəbər verir ki, görüş Finlandiyanın Kuopio şəhərində yerləşən "Savon Sanomat Areena" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında iyulun 21-də Bakıda keçirilən ilk matç "Sabah"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Azərbaycan təmsilçisi səfərdə sərfəli üstünlüyünü qorumağa çalışacaq.
Bu cütün qalibi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında qalib gələn kollektivlə qarşılaşacaq. Həmin cütün ilk oyununda Polşa təmsilçisi səfərdə 4:1 hesablı qələbə qazanıb.