
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndində baş verən ailə faciəsi hər kəsi sarsıdıb.
Realmedia.info xəbər verir ki, kənd sakini, 29 yaşlı Elvar Babayev səhhətinin qəfil pisləşməsi nəticəsində həyatını itirib.
Məlumata görə, Elvar Babayevin vəfat xəbəri ailəsinə çatdırıldıqdan sonra anası, 63 yaşlı Fatimə xanım oğul itkisinin sarsıntısına tab gətirə bilməyərək dünyasını dəyişib. Ana oğlunun vəfatından bir gün sonra onun yanında dəfn olunub.
Kənd sakinlərinin sözlərinə görə, Elvar Babayevin təzyiqi yüksəlib və o, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Sakinlər həmçinin bildiriblər ki, Elvar Babayev bir müddət Türkiyədə çalışıb və şəkər xəstəliyindən əziyyət çəkirmiş. Onların sözlərinə görə, Fatimə xanım oğlunun ölümünün yaratdığı dərin sarsıntıya dözə bilməyərək vəfat edib.