
Yevlax rayonunda bədbəxt hadisə nəticəsində yaşlı qadın ölüb.
Realmedia.info xəbər verir ki, hadisə iyunun 8-də axşam saatlarında rayonun Xaldan kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1935-ci il təvəllüdlü Zümrüd Sabit qızı Əhmədova yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq məqsədilə ocaq yandırarkən üzərindəki geyimlər alışıb.
Nəticədə qadın bədəninin müxtəlif nahiyələrindən ağır yanıq xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.