
Xaçmaz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Realmedia xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndi ərazisində qeydə alınıb. Belə ki, dəmiryolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladov hərəkətdə olan qatarın vurması nəticəsində ağır xəsarətlər alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.